Ötən gün ölkədə cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

18:10 - 6 Fevral 2018 - Xəbər

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.

 

"Ucnoqta.az" Trend-ə DİN-in mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki, axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Xəbər xətti