Sloveniyada futzal üzrə Avropa çempionatının 1/4 final görüşləri davam edir.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Azərbaycan millisi də yarımfinal uğrunda mübarizə aparacaq.
Yığmamız 1/4 finalda Portuqaliyaya qarşı mübarizə aparacaq.
Maraqlıdır ki, son dünya çempionatında da bu komandalar 1/4 finalda üz-üzə gəlmiş və millimiz rəqibinə 2:3 hesabı ilə uduzmuşdu.
Avropa çempionatı, 1/4 final
6 fevral
21:00. Portuqaliya - Azərbaycan
Hakimlər: Andrey Çerni (Çexiya), Saşa Tomiç (Xorvatiya), Kamil Çetin (Türkiyə)
Lyublyana. “Arena Stozice”