Azərbaycan kubokunun 1/2 final mərhələsi çərçivəsində keçiriləcək görüşlərin vaxtı dəyişəcək.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 11-ə planlaşdırılan qarşılaşmalar başqa vaxta keçiriləcək.
Səbəb isə həmin gün Azərbaycanda prezident seçkilərinin keçirilməsidir.
Məlumatı “Qafqazinfo”ya açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib. O bildirib ki, yeni tarix müzakirələrdən sonra açıqlanacaq: “Seçkilər günü kütləvi tədbir keçirmək olmaz. Çünki oyun olarsa, polis və təcili yardım da iştirak etməlidir. Onlar isə seçki məntqələrində olacaqlar. Yəqin ki, yaxın günlərdə bununla bağlı iclas baş tutacaq”.