“Azərbaycanda futbola maraq yoxdur”

20:28 - 5 Fevral 2018 - İDMAN

“Mənim üçün futbol daha önəmlidir. Yaxşı oyun göstərmək vacibdir”.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”dən ayrılan və Hollandiyanın “Herenveen” klubuna keçən müdafiəçi Deyv Bultuis deyib. 

O, Azərbaycanda keçirdiyi günləri xatırlayıb: “Azərbaycanda oynamaq fərqlidir. Çünki burada bu idman növünə maraq yoxdur. Çempionat oyunlarına maksimum 500-1000 nəfər adam gəlir. Bu da mənim üçün qəribə idi. Həyat isə yaxşıdır. Bakı böyük şəhərdir və havalar çox yaxşı keçir. Futbol isə Qərbi Avropada oynanılan futbola oxşamır. Ona görə də geri döndüyümə sevinirəm. Amma orada xeyli vaxt itirdim”.

Bultuis “Qəbələ”yə keçidinin də səbəblərini açıqlayıb: “Mən burada yalan söyləmək məcburiyyətində deyiləm. “Qəbələ”yə keçidim tamamilə maliyyəyə bağlı məsələ idi. Keçdim və indi “Heerenven”də oynayacağım üçün xoşbəxtəm. Amma heç bir şeyə peşman deyiləm”.

Xəbər xətti