Türkiyə ordusu Afrində 897 terrorçu məhv edilib

12:40 - 3 Fevral 2018 - DÜNYA

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 897 terrorçu məhv edilib.

 

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

 

Bildirilib ki, son sutkada keçirilən əməliyyat nəticəsində terrorçu İŞİD və PKK qruplaşmalarının mövqeləri, təchizat yolları və silah-sursat anbarları kimi istifadə etdikləri 15 hədəf məhv edilib.

 

Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Xəbər xətti