ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer bu gün Azərbaycana gələcək.
"Ucnoqta.az" xəbər verir ki, bu barədə "Report"a diplomatik mənbələrdən məlumat verilib.
Minsk qrupunun Rusiya və Fransadan olan həmsədrləri - İqor Popov və Stefan Viskonti isə fevralın 6-da Bakıda olacaqlar. Diplomatlar fevralın 7-də Azərbaycan rəsmiləri ilə görüşəcəklər.
Qeyd edək ki, Minsk qrupunun həmsədrləri fevralın 8-9-da Ermənistana səfər edəcəklər. Diplomatlar eyni zamanda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də baş çəkəcəklər.