Fransa prezideni Emmanuel Makron yaz aylarında Rusiyaya səfər edəcək.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın Rusiyadakı səfiri Silvi Bermann Moskva ətrafı vilayətin qubernatoru Andrey Vorobyovla görüşündə verib. Məlumata əsasən, Makron Peterburq beynəlxalq iqtisadi forumunda iştirak etmək niyyətindədir. Amma foruma qədər Moskvaya səfər edəcək.
Səfir deyib: "Bu il Fransa respublikasının prezidenti Peterburq şəhərində may ayında keçiriləcək iqtisadi forumda iştirak etməyə hazırlaşır. Amma bu foruma qədər Moskvaya ikitərəfli səfər edəcək".