Türkiyədə İŞİD-in "rabitə naziri" saxlanıldı

16:16 - 2 Fevral 2018 - DÜNYA

Türkiyənin Kocaeli vilayətində İŞİD terror təşkilatının “rabitə naziri” Əbdülbəsit Əbdüləziz Həmmud saxlanılıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, o, Türkiyəyə qanunsuz şəkildə Suriyadan daxil olub.
 

Ölkəyə daxil olduqdan sonra Ə.Ə.Həmmud bir müddət Suriya ilə sərhəddəki Hatay vilayətində gizlənib.
 

Qeyd edək ki, bir neçə həftə əvvəl Şanlıurfa vilayətində İŞİD-in “səhiyyə naziri” Bəşər Hüseyn də saxlanılmışdı.

Xəbər xətti