Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova irad bildirib.
"Ucnoqta.az" APA-ya istinadən verdiyi məlumata görə, E. Pamfilova bildirib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı bəyanatlar yolverilməzdir.
"Yanvarın 29-da Peskovun prezidentliyə namizədlərdən birinin qiymətləndirməsi ilə bağlı açıqlaması yayılıb. Orada təşviqat əlamətləri var idi”, - deyə o vurğulayıb.