Ermənistanda 10 yaşlı qız borca görə oğurlanıb

13:37 - 2 Fevral 2018 - DÜNYA

Ermənistanda borca görə uşaq oğurlanıb.
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Kotayk vilayətinin Eqvard şəhərində baş verib.
 
Polisə müraciət edən 37 yaşlı qadın bildirib ki, 10 yaşlı qızını həmyerlisi, 44 yaşlı qadın aldadaraq evinə aparıb və orada girov saxlayır. Məlum olub ki, uşağın anası həmin qadına pul borcludur.
 
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti