İordaniya KXDR ilə diplomatik münasibətləri kəsib

19:35 - 2 Fevral 2018 - DÜNYA

İordaniya hökuməti Şimali Koreya ilə diplomatik münasibətləri pozmaq barədə qərar qəbul edib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Krallıq hökumətindəki mənbəyə istinadən "Franc-Press" məlumat yayıb.

"KXDR ilə heç vaxt möhkəm olmayan diplomatik münasibətlərin kəsilməsi, İordaniyanın bu məsələ üzrə müttəfiqlərinin siyasətinə uyğundur", - deyə agentlik mənbənin bəyanatını sitat gətirib.

AFP-nin xəbərinə görə, İordaniya hökumətinin müvafiq qərarı cümə axşamı kral II Abdullanın fərmanı ilə təsdiq olunub.

Xəbər xətti