Maradona Trampı "kukla" adlandırdığına görə ABŞ-a buraxılmayıb

23:25 - 2 Fevral 2018 - DÜNYA

Əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona Amerika prezidenti Donald Tramp haqqında xoşagəlməz fikirlər səsləndirdiyinə görə ABŞ vizası ala bilməyib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu barədə sabiq futbolçunun hüquqşünası Matias Morlaya istinadən "AS" nəşri məlumat yayıb.

Hüquqşünas bildirib ki, argentinalı 1994-cü ildən bu yana ilk dəfə keçmiş həyat yoldaşı ilə bağlı məhkəmədə ifadə vermək üçün ABŞ-a getmək qərarına gəlib. Marla Maradonaya müsahibə öncəsi ABŞ haqqında danışmamağı xahiş etsə də, futbolçu onun məsləhətini dinləməyib. "Donald Tramp haqqında nə düşünürsüz?" sualına cavab verən Maradona onu "marionet kuklası" adlandırıb.

Xəbər xətti