BMT-nin bu gün keçirilən iclasında Türkiyə, Rusiya və İrana önəmli çağırış səsləndirilib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Cenevrədə mətbuat nümayəndələri ilə söhbət edən BMT humanitar yardım koordinatoru Jan Eqeland üç ölkədən İdlibdə silahlı toqquşmaların dayandırılması üçün hərəkətə keçmələrini istəyib.
Eqeland mühasirədə olan Şərqi Qutaya humanitar yardımların çatdırılması üçün atəşkəs qərarının alınmasını tələb edib.