Stoltenberq Ancelina Coli ilə əməkdaşlıq edəcək

01:36 - 2 Fevral 2018 - DÜNYA

NATO-nun baş katibi Yens Stoltenberq və BMT-nin qaçqınların işi üzrə xüsusi elçisi Ancelina Coli münaqişə zonalarında qadınlara qarşı zorakılığın qarşısının alınmasında əməkdaşlıq məsələsini müzakirə edib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Y.Stoltenberq Brüsseldə A.Coli ilə birgə mətbuat konfransında deyib.
 

NATO baş katibi qeyd edib ki, birgə iş silahlı münaqişə zonalarında qadınlara qarşı zorakılıq tətbiq edənlərin müəyyənləşdirilib cəzalandırılmasını nəzərdə tutur: “Ancelina, biz sizin qadınlara qarşı zorakılıq sahəsindəki fəaliyyətinizdən çox məmnunuq. Ona görə də sevirinəm ki, biz əməkdaşlıq barədə razılıq əldə etmişik”.
 

A.Coli öz növbəsində qeyd edib ki, qadınların iştirakı və bərabər hüquqları olmadan dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması mümkün deyil.

Xəbər xətti