2017-ci ilin yekununa əsasən, Türkiyə əhalisinin sayı 80 810 525 nəfər olub.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, Türkiyə Statistika İnstitutu bu göstəricinin 2016-cı ilin yekunu ilə müqayisədə 995 654 nəfər çox olduğunu qeyd edib.
Ötən ilin yekununa əsasən, ölkədə kişilərin sayı 40 535 135 (əhalinin 50,2%-i), qadınların sayı isə 40 275 390 nəfər (49,8%) təşkil edir.
Əhalinin 18,6 faizinin, yəni 15 029 231 nəfərin isə İstanbulda yaşadığı qeyd olunur.