Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Türkiyəyə səfər edəcək.
"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, R.əl-Malikinin səfəri türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə fevralın 2-3-ü baş tutacaq.
Səfər zamanı tərəflər arasında Fələstinlə Türkiyə arasında münasibətlərin inkişafı, eləcə də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərar müzakirə olunacaq.
Qeyd edək ki, ötən ilin dekabrında ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan etmişdi.