Azərbaycan - Fransa oyununun hakimləri müəyyənləşib

11:53 - 1 Fevral 2018 - İDMAN

Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatında Azərbaycan və Fransa yığmaları arasındakı qrup matçının hakimləri müəyyənləşib.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, qarşılaşmanın birinci və ikinci hakimi İtaliyadandır. 

Onlar müvafiq olaraq, Angelo Qalante və Alessandro Malferdir. Üçüncü hakim funksiyasını isə Çexiyadan olan Ondrey Çernı yerinə yetirəcək. Referilərin işinə isə ispan Pedro Anxel Qalan Nyeto qiymət verəcək.

Qeyd edək ki, fevralın 2-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti