ABŞ Konqresinin senatoru "Kreml hesabatı" ilə bağlı yeni açıqlama verib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, beynəlxalq əlaqələr üzrə komitə sədrinin müavini, senator Ben Kardinin sözlərinə əsasən, Konqres "Kreml hesabatı"nın məxfi hissəsini yayımlamayacaq.
Jurnalistlərin "Konqres hesabatın gizli hissəsini yayımlayacaqmı?"-sualına senator "Məxfi hissə? Yox, biz bunu edə bilmərik, bunu etməyə icazəmiz yoxdur"-cavabını verib.
Bir müddət əvvəl ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan etdi ki, "Kreml hesabatı"nın gizli hissəsi 100 səhifədir və sanksiyalarla bağlı Konqresə məsləhətlərdən ibarətdir.