Tillerson Çavuşoğlu ilə Suriyanı müzakirə etdi

17:33 - 31 Yanvar 2018 - DÜNYA

ABŞ Dövlət katibi Reks Tillerson Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.

"Ucnoqta.az" Modern.az-a  istinadən xəbər verir ki, tərəflər Suriya Milli Dialoq Konqresini və Afrində aparılan əməliyyatla bağlı müzakirələr aparıb.

Hər iki diplomat Vaşinqtonla Ankara arasında hərbi xətt üzrə dialoqun davamlı olması barədə razılaşıblar.
 

Xəbər xətti