Özbəkistanın birinci prezidenti İslam Kərimovun nəvəsi, Gülnarə Kərimovanın oğlu siyasi sığınacaq istəyib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 25 yaşlı İslam Kərimov sığınacaq üçün Böyük Britaniya hökumətinə üz tutub. Kərimovun azı bir ay əvvəl belə bir müraciət etdiyi bildirilir. Eks-prezidentin nəvəsi anasının Özbəkistanda təqibə məruz qalmasından sonra Böyük Britaniyada yaşayır.
Gülnarə Kərimova isə hələ də ölkəsində həbsdədir.