Rusiya prezidentliyinə namizəd geri addım atdı

00:39 - 1 Fevral 2018 - DÜNYA

Rusiya prezidentliyinə namizəd İrina Volıneç namizədliyini  Vladimir Putinin xeyrinə geri götürüb.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, Xalq Partiyasının sdəri olan qadın namizəd mətbuata yazılı müraciət edib.

“Qərar qəbul etdim və bu gündən nəinki prezidentlik yarışından imtina edirəm, həmçinin hazrki prezident Vladimir Putinin seçki kampaniyasına qoşuluram”.
 
Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.

Xəbər xətti