Türkiyənin Hərbi Hava Qüvvələri Afrin şəhəri yaxınlığında “Minnak” hava limanını bombalayır.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə hərbi mənbəyə istinadən xəbər verilib.
Hava hücumlarına məruz qalan aeroportdan terrorçuların baza olaraq istifadə etdikləri barədə məlumat əldə edilib.
Eləcə də son dəqiqələr Afrin yaxınlığında Maranez və Bafel yüksəklikləri uğrunda döyüşlər getdiyi bildirilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.