Türkiyəyə Suriyadan atəş açılıb - Ölən var

12:13 - 31 Yanvar 2018 - Xəbər

Türkiyənin Hatay vilayəti Suriya ərazisindən atəşə tutulub.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, YPG və PYD terrorçularının nəzarəti altında olan ərazilərdən buraxılan mərmi yaşayış evinə düşüb.
 

Hadisə nəticəsində bir nəfər həlak olub.
 

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər xətti