Ziya Məmmədovun qohumuna 100 min “atan” idmançıya 6.6 il həbs verildi

12:11 - 31 Yanvar 2018 - Xəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumuna 100 min “atmaqda” təqsirləndirilən Sənan Cəfərova hökm oxunub.
 

"Ucnoqta.az"-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hakimlər kollegiyasının hökmü ilə S.Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
 

İttihama görə, S.Cəfərov sərnişin daşıması ilə məşğul olan “M-Trans” MMC şirkətində işləyib və 30 saylı marşrut xəttinə nəzarət edib. Bu şirkət isə Z.Məmmədovun qohumu Rövşən Məmmədova məxsus olub. Həmin marşrutun avtobus sürücüləri əmək haqlarını ala bilmədikləri üçün aksiya keçiriblər. R.Məmmədov bundan sonra hüquq-mühafizə orqanlarına müraciət edərək 100 min manatdan çox pulunun mənimsənildiyini bildirib. S.Cəfərov mənimsəmədə ittiham edilərək həbs edilib.

Xəbər xətti