Afrində 12 gündə 712 terrorçu məhv edilib

11:33 - 31 Yanvar 2018 - DÜNYA

 Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 712 terrorçu məhv edilib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində terrorçu İŞİD və PKK qruplaşmalarının mövqeləri, təchizat yolları və silah-sursat anbarları kimi istifadə etdikləri 22 hədəf məhv edilib. Əməliyyatın 12-ci günüdə isə 63 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı yanvarın 20-də başlayıb.

Xəbər xətti