ABŞ prezidenti Donald Tramp “Quantanamo” hərbi bazasındakı həbsxananın bağlanılmasını nəzərdə tutan proqramı ləğv edib.
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə D. Tramp ölkədəki vəziyyətə dair Konqresdə illik nitqində bildirib.
“İndiyədək biz, İŞİD lideri Əl Bağdadi də daxil olmaqla, yüzlərlə terrorçunu əbəs yerə azadlığa buraxırdıq ki, döyüş meydanında onlarla təkrar üz-üzə gələk”, - deyə D.Tramp qeyd edib.
“Quantanamo” həbsxanasının bağlanılması əvvəlki prezident Barak Obamanın əsas seçkiqabağı vədlərindən biri olmuşdu. Lakin Konqres həbsxananın bağlanılmasını maliyyələşdirməkdən imtina etmişdi. Buna baxmayaraq, B.Obama xeyli məhbusun digər ölkələrə köçürülərək azadlığa çıxmasını təmin edə bilmişdi.
Hazırda “Quantanamo” həbsxanasında 41 məhbus saxlanılır.