Azadlığa çıxan şahzadələrdən 106 milyard dollar alınacaq

19:20 - 31 Yanvar 2018 - DÜNYA

Səudiyyə Ərəbistanında adı korrupsiya qalmaqalında hallandığına görə saxlanılan şahzadələr və iş adamları azad edilib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən ilin noyabrında Ər-Riyadda 5 ulduzlu “Ritz-Carlton” otelinə qapadılan şübhəlilər artıq məkanı tərk ediblər.  Bildirilir ki, otel fəaliyyətini fevralın 14-dən etibarən davam etdirəcək.
 

Xatırladaq ki, noyabrın 4-də korrupsiya əleyhinə keçirilən əməliyyatda 200 yüksək vəzifəli şəxs saxlanılmış, daha sonra onlardan 23-ü sərbəst buraxılmışdı.

Xəbər xətti