Azərbaycan Türkiyə və Gürcüstana qaz ixracını artırıb

15:33 - 30 Yanvar 2018 - Xəbər

2017-ci il ərzində Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Türkiyəyə 6300,1 mln. kubmetr qaz ixrac edilib. Bu, 2016-cı ilin göstəriciləri ilə müqayisədə 0,87% çoxdur.
 
"Ucnoqta.az" “APA-Economics”ə istinadən bildirir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.
 
Məlumata görə, ötən il ərzində Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Gürcüstana 814,9 mln. kubmetr qaz ixrac edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə  2,81% çoxdur.
 
2017-ci il ərzində Qazıməmməd-Qazax boru kəməri ilə Gürcüstana 1379,7 mln. kubmetr qaz ixrac edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 18,32% çoxdur.

Xəbər xətti