Peskov ABŞ-ın "Kreml hesabat"ı ilə bağlı açıqlama verdi

14:45 - 30 Yanvar 2018 - DÜNYA

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov ABŞ-ın "Kreml siyahısı" ilə bağlı açıqlama verib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Peskovun açıqlamasına əsasən, siyahıya əlavə edilən siyasətçi və iş adamları de-fakto olaraq ABŞ-ın düşmənləri adlandırılıb.
 

Peskov belə bir siyahını cəfəngiyyat adlandırıb. Kreml rəsmisi məsələ ilə bağlı jurnalistlərə deyib: "Əgər siz mətni və sənədin başlığını oxusanız, görərsiniz ki, bütün bunlar ABŞ-ın düşmənlərinə qarşı qəbul edilmiş qanuna uyğun olaraq edilir. Bu səbəbdən de-fakto olaraq siyahıya adı salınan şəxslər ABŞ-ın düşmənləridir. Bu yanaşmadır, bu bəyanatdır".
 

Bununla yanaşı mətbuat katibi qeyd edib ki, sənədi əvvəlcə analiz etmək, sonra qiymətləndirmək lazımdır.
 

Peskov əlavə olaraq qeyd edib ki, belə bir sənədin yayımlanması Rusiyanın siyasətçi və iş adamlarının imicinə zərbə vura bilər.

Xəbər xətti