Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrin əyalətinin daha iki kəndini terrorçulardan azad edib.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, PKK qruplaşmasının Suriyadakı qolları olan PYD və YPG terrorçularından təmizlənən Süleyman Halil və Sati Sağı kəndləri əyalətin qərbində yerləşir.
Bu kəndlərin azad olunması üçün həyata keçirilən əməliyyat nəticəsində 15 terrorçu zərərsizləşdirilib.