Novruz bayramında əfv gözlənilir

13:24 - 30 Yanvar 2018 - Xəbər

Azərbaycanda əfv sərəncamının imzalanacağı gözlənilir.
 

"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.
 
İclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
 
Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.   
 
Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.

Xəbər xətti