Suriyada aparılan "Zeytun budağı" əməliyyatının 11-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 649 terrorçusu məhv edilib.
Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 3 hədəf darmadağın edilib.
Türkiyə Baş Qərargahı "Zeytun budağı" əməliyyatının uğurla davam etdiyini bildirir.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.