Azırbaycan milli komandasının üzvü Eddi İsrafilov klubunu dəyişib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, futbolçu İspaniyanın “Ximnastik” klubundan “Alkorkon”a keçib.
O, Sequnda təmsilçisi ilə 2020-ci ilin yayına kimi müqavilə imzalayıb.
Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçi yığmamızın heyətində 8 oyun keçirib.