Səfir: "ABŞ sanksiyalarla Moskvanı qorxuda bilməz"

18:10 - 30 Yanvar 2018 - DÜNYA

“ABŞ-ın tətbiq etməyə çalışdığı sanksiyalar mənasızdır. Moskvanı bu yolla qorxutmaq mümkün deyil”.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bu sözləri Rusiya Federasiyasının ABŞ-dakı səfiri Anatoliy Antonov “Rusiya-24” kanalına müsahibəsində deyib.
 
Onun sözlərinə görə, bu sanksiyaların heç bir sonu yoxdur.
 
“İndi dediyim şeylər şüar deyil, bu, həqiqətən də belədir. Maraqlıdır ki, Rusiyaya qarşı bu sanksiyaları tətbiq edən siyasətçilər, insanlar, bizim quyruğumuzu gizlədərək öz mövqelərimizi müdafiə etməyəcəyimizi düşünürlər?”, -deyə səfir əlavə edib.
 
Qeyd edək ki, ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə əlaqədar məxfi brifinq keçirilib. Görüşdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun müzakirə olunub.
 
Qeyd edək ki, 2017-cı ilin iyulunda ABŞ Senatı Rusiya, İran və Şimalı Koreyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. ABŞ prezidenti avqustun 1-də qanun layihəsini təsdiqləyib.
 

Xəbər xətti