Rusiya prezidenti Vladimir Putin Moskvada İsrail baş naziri Binyamin Netanyahu ilə görüşüb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüş yəhudi muzeyində baş tutub. Rusiya lideri baş nazirə ikitərəfli əlaqələri və Yaxın Şərqdəki situasiyanı müzakirə etməyi təklif edib. Putin bütün dünyada Holokost qurbanlarının yad edildiyi bir vaxtda Netanyahunun Moskvaya səfər etməsini simvolik adlandırıb.