“Biz bölgədə hərbi balansı qorumaq üçün Moskvadan güzəştli qiymətə silah alırıq”.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Edvard Nalbandyan 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri və bölgənin fəal oyunçularından biri kimi regional təhlükəsizliyin təmin olunmasında vacib rola malikdir.
E.Nalbandyan deyib ki, Ermənistan müdafiə qabiliyyətini gücləndirmək üçün Rusiya ilə əməkdaşlıq çərçivəsində bütün imkanlardan istifadə edir: “Rusiyanı hərbi bazasının Ermənistanda fəaliyyətinin davam etdirməsi haqqında 2010-cu ildə imzalanan yeni müqavilədə qeyd olunub ki, Rusiya Ermənistana yeni silahlar verəcək və hazırda bu proses gedir”.
Qeyd edək ki, bu müqaviləyə əsasən Rusiyanın hərbi bazası 2044-cü ilədək Ermənistanda fəaliyyət göstərəcək.