Prezident BƏƏ-nin dövlət başçısına başsağlığı verib

15:16 - 29 Yanvar 2018 - Xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı məktubu göndərib. 

Mətndə deyilir: 

"Əlahəzrət,

Ananız Şeyxa Hassa bint Məhəmməd Al Nəhyanın vəfatı xəbərindən olduqca kədərləndim.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"



//Report//

Xəbər xətti