Dünyanın ən bahalı ətri satılıb - 200 min avro

02:08 - 30 Yanvar 2018 - DÜNYA

İtaliyanın “Bulgari” şirkətinin “Opera Prima” ətri 200 min avroya satılıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, dünyanın ən bahalı ətrinin flakonunun hazırlanmasında qızıl və qiymətli daşlardan (brilyant, ametist, sitrin) istifadə olunub.
 

Ətrin alıcısının adı açıqlanmayıb.
 

Qeyd edək ki, bu ətir limon, portağal ağacı, müşk və çiçək ətirlərinin qarışığından hazırlanıb.

Xəbər xətti