Parisdə Sena çayında suyun səviyyəsi maksimuma çatıb

00:14 - 30 Yanvar 2018 - DÜNYA

 Paris şəhəri ərazisində Sena çayının su səviyyəsi bu gün 5,8 metrə qədər yüksəlib və bu, sel dövründə ən yüksək göstəricidir.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, yerli meteorologiya xidmətinin məlumatına görə, Sena çayında suyun səviyyəsi yanvarın 30-dək bu səviyyədə qalacaq. Yalnız bundan sonra suyun səviyyəsi düşməyə başlayacaq.

Qeyd edək ki, daşqınlara görə Paris regionunda, təqribən, 1,5 min adam evakuasiya edilib, yüzlərlə ev elektrik enerjisiz qalıb. Bundan başqa, Parisdə çay nəqliyyatının hərəkəti dayandırılıb, RER C yüksəksürətli dəmir yolu xəttinin stansiyaları bağlanıb.

Həftə sonu "Luvr" muzeyində subasma təhlükəsi ilə əlaqədar aşağı zallar bağlı olub.

Xatırladaq ki, Fransanın 11 departamentində, o cümlədən Sena və Marnedə, O de Sena və Val de Marnedə daşqın səbəbi ilə yüksək təhlükə səviyyəsi - narıncı səviyyə davam edir.

Xəbər xətti