Polisdən ƏMƏLİYYAT: Qanunsuz silahlar müsadirə olundu

11:19 - 29 Yanvar 2018 - Xəbər

Yanvarın 27-28-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb.
 

"Ucnoqta.az" Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Süleyman Seleymanovun evinin yaxınlığında basdırdığı nömrəsi silinmiş “AK-74” markalı silah, 1 ədəd patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.
 

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirzad Sadıqovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 patron darağı və 2 ədəd patron götürülüb.
 

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yaxa-beşdəli kənd sakini Xanmusa Məcidovdan müvafiq sənədləri olmayan “Tula-X” markalı ov tüfəngi götürülüb.
 

Faktlar üzrə cinayət işləri başlanılıb.
 

Həmin işlər üzrə saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Xəbər xətti