ABŞ prezidenti Donald Tramp bildirib ki, Aİ-dən çıxdıqdan sonra ("Brexit") Britaniyanın "ən möhtəşəm ticarət tərəfdaşı" ABŞ olacaq.
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu D.Tramp Britaniyanın ITV telekanalına müsahibəsində bildirib.
ABŞ prezidenti əlavə edib ki, əgər o Britaniyanın baş naziri Tereza Meyin yerində olsaydı Aİ-dən çıxma üzrə danışıqları daha sərt aparardı.