Əfqanıstanın paytaxtı Kabildə bir qrup silahlının Hərbi Akademiyaya hücum nəticəsində həlak olan hərbçilərin sayı 5 nəfərə çatıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, daha 10 nəfərin isə yaralandığı barədə bildirilib.
Son məlumata görə, hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Qeyd edək ki, Kabildə Hərbi Akademiyaya 5 nəfər silahlı şəxs hücum etmişdi.