Sərkisyan Suriya qaçqınlarını Ermənistana gətirir

20:35 - 29 Yanvar 2018 - DÜNYA

Ermənistanda sosial-iqtisadi vəziyyətin ağır olması insanları ölkəni tərk etməyə vadar edir. Kasıb ermənilər iş tapmaq, normal yaşayış qurmaq üçün xarici ölkələrə, daha çox Rusiyaya axın edirlər.

"Ucnoqta.az"  Azvision.az-a istinadən xəbər verir ki, Ermənistanın rəsmi qurumlarının məlumatına əsasən, ötən il 40 mindən çox erməni ölkəni tərk edib. 2016-cı ildə isə 37 500 nəfər Ermənistandan köçüb.
 
Erməni ekspertlərin sözlərinə görə, ölkəni tərk edən vətəndaşların sayı rəsmi statistikada göstəriləndən qat-qat çoxdur. Sarkisyan hakimiyyəti rəqəmləri xalqdan gizlətməyə çalışır. Heç kimə sirr deyil ki, erməni gənclər artıq Sarkisyanın uçuruma yuvarladığı Ermənistanda yaşamaq istəmirlər. Fürsət düşdükcə onlar ölkədən çıxmağa çalışırlar.
 
Ermənistan rəhbərliyi ölkədəki boşluğu doldurmaq üçün Suriyada yaşayan ermənilərə "qucaq" açır. Erməni KİV-lərində yer alan məlumatlara görə, 2012-2017-ci illər ərzində 19500 Suriya ermənisinə vətəndaşlıq, 2 min nəfərə isə yaşamaq icazəsi verilib. Suriya ermənilərinin bir qismi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilib.

 

Xəbər xətti