Cənubi Amerikaya getmək istəyənlərə XƏBƏRDARLIQ

19:22 - 29 Yanvar 2018 - DÜNYA

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Xidməti ("Rospotrebnadzor") turistlərdən Cənubi Amerika ölkələrinə səfər edərkən "sarı qızdırma" epidemiyası ilə bağlı məlumatları nəzərə almağı xahiş edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2016-cı ilin yanvarından 2017-ci ilin dekabrınadək Boliviya, Braziliya, Kolumbiya, Peru, Surinam, Fransa Qvianası və Ekvadorda bu epidemiyaya 777 yoluxma halı qeydə alınıb. Onlardan 261-i ölümlə nəticələnib.
 

Ötən il dekabrın 13-dən Braziliyada bu infeksiyaya yeni yoluxma halları müşahidə olunub. Minas-Jerays ştatında 180 gün fövqəladə vəziyyət elan olunub. Şəhər zooparkı isə meymunların "sarı qızdırma" virusuna yoluxaraq ölməsi səbəbindən bağlanıb.



//Trend//

Xəbər xətti