Əfqanıstanın paytaxtı Kabul şəhərində bir qrup terrorçu hərbi akademiyaya hücum edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, toqquşma nəticəsində iki hərbçi həlak olub, 10 nəfər xəsarət alıb. İnsident nəticəsində 3 terrorçu zərərsizləşdirilib. Ərazidə atışma səsləri davam edir.
Kabul administrasiyası faktı təsdiqləyib. Bildirilir ki, bir qrup naməlum silahlı Marşal Fahim adına universitetə hücum ediblər. Təhlükəsizlik qüvvələri təhsil ocağına gedən yolu bağlayıblar.
Bir terrorçu saxlanılıb. Hazırda 5 terrorçu müqavimət göstərməyə davam edir.