Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturniri davam edir.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu gün start götürən XI turda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.
Günün ən maraqlı oyununda heç-heçə qeydə alınıb. Bununla da xallarını 7,5 çatdıran qrossmeysterlər şərikli liderə çevriliblər.
Qeyd edək ki, 7 xala malik Aniş Giri XI tur çərçivəsində ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşır.