Bir sıra Afrika ölkələrinin nümayəndələri Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Donald Trampın çıxışını boykot etməyə hazırlaşırlar.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, etiraza səbəb bundan əvvəl D.Trampın Afrika ölkələri haqqında nalayiq sözlər işlətməsi olub.
Afrika ölkələrinin nümayəndə heyətləri Birləşmiş Ştatların rəhbərini üzr istəməyə çağırır.
Qeyd edək ki, yanvarın 11-də D.Tramp ABŞ Konqresinin üzvləri ilə miqrasiya islahatlarına həsr olunmuş görüşündə Afrika ölkələrini "murdar dəlik" adlandırmışdı.