“Kəpəz” daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirib.
"Ucnoqta.az" Qol.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi braziliyalı yarımmüdafiəçilər Dario Frederiko və Dieqo Souza ilə müqavilə bağlayıb.
Dario cari mövsümün sonunadək, Souza isə bir il müddətində komandada çıxış edəcək.
Xatırladaq ki, Dario Frederiko əvvəlki iki mövsümdə də “Kəpəz”də oynayıb.