"Azərbaycan Koreya üçün sıradan bir ölkə deyil, qardaş ölkədir".
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, bunu Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çang-gyu deyib. Səfir bildirib ki, Koreya və Azərbaycan arasında qarşılıqlı əlaqələr və dostluq münasibətləri inkişaf etməkdədir.
K. Çang-gyu qeyd edib ki, Azərbaycana gələn koreyalı turistlərin sayında da artım müşahidə olunur.