“Azərbaycanda Milli Məclisin deputatlarının iştirakı ilə beynəlxalq futbol turniri keçiriləcək”.
"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov deyib.
O bildirib ki, yarışa bir neçə ölkənin nümayəndələri qatılacaq: “Turnirin fevralın 9-10-11-də keçirilməsi planlaşdırılır”.